Monaxlara internet qadağan edildi

Moskva və bütün Rusiyanın patriarxı Kirill monaxlara interneti qadağan edib.

Rusiya mətbuatının məlumatına görə, o, bunu monaxların günah əməllərə batmaması üçün vacib olduğunu bildirib: "Onlar bir tərəfdən xilas üçün çalışır, digər tərəfdən də mobil telefonlarını götürərək internetə girirlər. İnternetdə isə bilirik ki, çoxlu günahlar var".

Monaxlara tətbiq edilən bu qaydaların sərtliyi ilə bağlı fikirlərə münasibət bildirən patriarx Kirill bunu "normal" adlandırıb.

Onun sözlərinə görə, ciddi qaydalar insanın ruhunu və ürəyini xilas etmək üçün yaxşı şərait yaratmağa yönəlib: "Əlinə internetə girmək üçün mobil telefon götürən monax fikirləşməlidir ki, o, ümumiyyətlə monastrda olmalıdırmı?"

Elnarə
AzNews.az