Şenon Ges Riçardson 10 il müddətinə azadlıqdan məhrum edilə bilər Şenon Ges Riçardson 10 il müddətinə azadlıqdan məhrum edilə bilər

Aktrisa Obamanı zəhərləməkdə ittiham olunur- VİDEO

Şenon Ges Riçardson 10 il müddətinə azadlıqdan məhrum edilə bilər



Şenon Ges Riçardson cümə günü Texas ştatında şübhəli şəxs qismində saxlanılıb. Hüquq-mühafizə orqanları ona qarşı dərhal cinayət işi açmayıb. Belə ki, dəhşət filmlərində epizodik rollarda çəkilən 35 yaşlı aktrisa ilkin ifadəsində prezidentə ritsinli məktubu göndərənin əslində onun həyat yoldaşı olduğunu deyib. Hamilə olan 5 uşaq anası sonradan məktubları özü göndərdiyini etiraf etsə də, məktub yazısının əri tərəfindən çap olunduğunu deyib.

Aktrisanın həyat yoldaşı deyilənləri təkzib edərək, arvadının hamilə ola-ola boşamağa çalışdığı üçün bununla ondan qisas aldığına eyham vurub. Yerli mətbuat mənbələri həqiqətən aktrisanın həyat yoldaşının bir həftə əvvəl boşanma üçün məhkəməyə müraciət etdiyini öyrənə bilib. Polis cütlüyün Bostondakı evlərində axtarışları davam etdirir. Ritsinli məktubların həqiqətən Riçardson tərəfindən göndərildiyi məhkəmədə sübuta yetirilərsə, aktrisa 10 il müddətinə azadlıqdan məhrum edilə bilər.

Qeyd edək ki, aktrisa Holivudun məşhur qorxulu filmlərindən olan "Dirilmiş Ölülər" və "Vampir Gündəlikləri" adlı filmlərdə çəkilib.




AzNews.az