Kabul hava limanına hücum, 7 talibançı öldürüldü

Əfqanıstanın paytaxtı Kabulda yerləşən Beynəlxalq Hava limanında Əfqan Təhlükəsizlik Gücləri ilə talibanlılar arasında 5 saat davam edən güclü atışma olub. Silahlı insident zamanı 7 talibançı öldürülüb.

Talibançılar Kabul Beynəlxalq Hava limanının qərbindəki Qəsəbə bölgəsində evlərdən birindəki insanları hədəf alaraq bomba yüklü bir maşını partladıb. Binanı ələ keçirdikdən sonra terroristlər hava limanına hücüm ediblər. NATO-nun tərkibində beynəlxalq təhlükəsizlik güclərinin birgə istifadəsində olan hava limanındakı hərbi hissəyə 15 raket atıblar. Təhlükəsizlik Güclərinin gəlməsiylə onlar arasındakı atışma daha da güclənib.

Hadisə şahidləri, atışma zamanı 2 talibançının özünü patladaraq, 5-nin isə insident zamanı öldürüldüyünü bildirib.

Elman
AzNews.az