Atasının öldürdüyü uşağın məzarlıqdakı qorxunc intiqamı - FOTOSİLSİLƏ

1807-ci ildə Barbadosdakı xristian məzarlığında baş verən hadisə hamını şoka salıb.


Eyni məzarlığa dəfn edilən cəsədlər yerindən oynayıb. Hadisə belə baş verib. 1807-ci ildə Tomasina Goddard adlı qadının cəsədi taxta tabutun içində məzarlığın ən üst mərtəbəsinə qoyulub.

Daha sonra adı müxtəlif cinayətələrdə hallanan Chase ailesinin övladı Meri dünyasını dəyişdi. Ehtimallara görə adı həmişə qalmaqalarda hallanana ata əsəbi vaxtında uşağını vurub öldürmüşdü. Merinin cəsədi ağır metal tabutla məzara qoyuldu. Bir neçə ay sonra ailənin qəribəliyi ilə seçilən daha bir gənc bağçadakı bir şkafa girərək orada havasızlıqdan öldü. Onu da eyni məzara qoydular. Qapıya gəldiklərində iki zənci qapını açdı.

Tabutu daşıyanlar onların arxasınca gəlirdi. ətraf sadəcə əl fənəri ilə işıqlandırılırdı. Məzarın içəri qapısı açıldı və hamı qorxuyla bağırdı. Balaca Merinin cəsədi əvvəl qoyulduğu yerin düz qarşısında dayanmışdı və başı yuxarıda idi.

Qulluqçular tabutu düzəltdilər və ailənin digər üzvlərinin tabutunun yanına qoydular.

Bir ay sonra ailənin başçısı Chase özünü öldürdü. Onun da tabutunu eyni məzarlığa qoydular. 8 il sonra Chase ailəsində daha bir uşaq dünyasını dəyişdi və onun da cəsədini tabutda həmin məzarlığa gətirdilər. Qapı paslandığına görə onu iki zənci güclə açdı və hər ikisi qorxudan bağırdı. Chase ailəsinin tabutları ətrafa səpələnmişdi. Tomasina Goddardın taxtadan olan tabutu isə illər əvvəl qoyulduğu yerdə dururdu.

Qorxunc məzarlıqda daha sonralar da əsrarəngiz hadisələr baş verdi. London Elm Muzeyi və Fizika Araşdırmaları Dərnəyinin üzvləri hadisəni araşdırmağa başlasalar da heş bir nəticəyə nail ola bilmədilər. Fikirlər bir məslədə cəmləşdi - atası tərəfindən öldürülən Meri ailə üzvlərindən intiqam alırdı.

Elnarə
AzNews.az
image description image description image description image description image description image description image description image description image description image description