Almaniya 10 min suriyalını himayə edəcək

Bu gün BMT-nin Qaçqınların İşi və Himayəsi üzrə Komitə rəhbəri Edrian Edvards qaçqın düşən 10 mindən artıq suriyalının Almaniyada yaşayacağı barədə məlumat verib. Onun sözlərinə görə, lazım gələrsə, daha 10 min qaçqın üçün də ölkədə ev tikilə bilər.

İlkin statistikaya görə, Suriya qaçqınlarının sayı 1,6 milyon nəfərdən artıqdır. Onların əksəriyyəti Avropa ölkələrində müvəqqəti sığınacaq alıblar.

Prozqnozlara görə, qaçqınların sayı ilin sonuna kimi 4 milyona çatacaq.

AzNews.az
Aynur Hüseynova