Dünyanın ən yaşlı sakini öldü - 117 yaşında

Yaponiyada dünyanın ən yaşlı sakini olan Dziroemon Kimura 117 yaşında vəfat edib. 1897-ci il təvəllüdlü D. Kimuranın ölüm səbəbi xəstəlik olub. Ötən ildən etibarən özünü yaxşı hiss etməyən Kimura dəfələrlə xəstəxanaya yatırılıb.

Bu ilin aprelində onun 116 yaşı tamam olub. Elə həmin gün o, "Ginnesin Rekordlar Kitabı"ndan sertifikat alıb. Baş nazir isə ona təbrik ünvanlayıb.
Kimura ötən il dünyanın ən yaşlı sakini Bess Kuper öldükdən sonra dünyanın ən yaşlı sakini elan edilmişdi.


Elnarə
AzNews.az