Londonda aksiya: 32 nəfər saxlanılıb

Londonda kapitalizmə qarşı olan bir qrup şəxs Şimali İrlandiyada keçiriləcək Böyük 8-lik ölkələrinin zirvə toplantısına etiraz edir.

17-18 iyun tarixində Şimali İrlandiyada Böyük 8-lik ölkələri bir araya gələcək. Ötən gün bu toplantıya etiraz etmək məqsədiylə bir qrup insan Londonda boş bir binanı ələ keçirib. Polis binanı etirazçılardan almağa çalışarkən aksiyaçılardan biri intihara cəhd edib. İngiltərə polisi intihar cəhdinə mane olub və daha sonra binanı ələ keçirərək 32 nəfəri gözaltına alıb.

Xatırladaq ki, Böyük 8-lik dünyanın ən güclü iqtisadiyyatına malik dövlətlərinin birliyidir və İngiltərə bu il birliyə sədrlik edir.

Elvin
AzNews.az