Yaşı 23-dən az olan qızlara QADAĞA

Qırğızıstan parlamenti valideynlərin icazəsi olmadan yaşı 23-dən az olan qızların ölkədən çıxışını məhdudlaşdıran qətnaməni bəyənib.


Müvafiq sənəd bu gün parlamentin plenar iclasında müzakirə edilərək bəyənilib.

Sənəd mənəvi dəyərlərin qorunmasına, demoqrafik böhran barədə xəbərdarlığa, ölkə gənclərinin insan alveri və seksual zorakılıqdan qorunmasına və onların reproduktiv sağlamlığının saxlanılmasına yönəldilib.

Bu qadağa müvafiq sənədlərin olması halında, təhsil, müalicə və iş üçün ölkədən getməyə şamil edilməyəcək.//trend//

AzNews.az