350 milyondan çox insan depresiyadadır

Dünyada 350 milyondan çox insan psixi pozğunluqdan əziyyət çəkir.

Dünya Sağlamlıq Təşkilatının Dünya ruh sağlamlığı günü münasibəti ilə açıqlanan hesabatda belə deyilir. Hesabatda yer alan məlumata görə, 350 milyondan çox insan depressiya və ya psixi pozğunluqla mübarizə aparır.

Bundan əlavə hesabatda qadınların depressiyaya kişilərdən daha çox meyilli olduğu qeyd edilib. Zərif cinsin nümayəndələrində bu risk 50 faiz çoxdur. Xüsusilə doğuşdan sonra yaranan depressiyalar qeyd edilib.

Depresiya hər il 1 milyona yaxın insanı intihara sürükləyir. Bundan əlavə ən çox depressiyaya girənlər inkişaf etmiş ölkələrdə yaşayırlar.
Fiziki və psixoloji problemlər doğuran depresiya ürək xəstəlikləri təhlükəsinidə artırır.//anspress//

AzNews.az