Liviyanın mərhum diktatoru Müəmmar Qəddafinin Cənubi Afrika Respublikasında aşkarlanan 1 milyard dollarlıq sərvəti ölkəsinə qaytarılacaq. Liviyanın mərhum diktatoru Müəmmar Qəddafinin Cənubi Afrika Respublikasında aşkarlanan 1 milyard dollarlıq sərvəti ölkəsinə qaytarılacaq.

Qəddafinin xəzinəsi tapıldı

Liviyanın mərhum diktatoru Müəmmar Qəddafinin Cənubi Afrika Respublikasında aşkarlanan 1 milyard dollarlıq sərvəti ölkəsinə qaytarılacaq.




Bu barədə məlumatı CAR-ın Maliyyə Nazirliyi yayıb.

Liviya tərəfinin Qəddafinin sərvətinin bir hissəsinin CAR-da gizlədilməsi ilə bağlı açıqlamalarından sonra aparılan araşdırmalar nəticəsində xəbər təsdiqini tapıb. Məlum olub ki, diktatorun qanunsuz yollarla əldə etdiyi qızıl, zinət əşyaları və nəğd pul da daxil olmaqla sərvətinin bir hissəsi CAR-da gizlədilib. 1 milyard dolar dəyərində olan sərvət 4 bankda saxlanılıb.

Hazırda Liviya hökuməti Qəddafinin sərvətini axtarışlarını davam etdirir. Bəzi məlumatlara görə, Qəddafi ailəsinin sərvəti 80 milyard dollar olub.

Elnarə
AzNews.az