Uliyamda hindlilə məxsus DNA aşkarlanıb Uliyamda hindlilə məxsus DNA aşkarlanıb

Britaniya şahzadəsi yarı erməni, yarı hindli imiş – Təfərrüat

Uliyamda hindlilə məxsus DNA aşkarlanıb




Aparılan analizlərin nəticələrinə əsasən Uliyam hind kökənli ilk şahzadə olacaq. Bu barədə məlumatı "The Daily Mail" yazıb.

Şahzadə ilə bağlı aparılan müayinələr onun anasının ailəsinin Hindistana bağlılığını təsdiqləyib. Hindistasla bağlılıq onun ulu nənəsi Eliza Kevarkın adı ilə əlaqədardır.

Erməni mətbuatı isə bu məlumatdan istifadə edərək şahzadənin ulu nənəsinin erməni olduğunu iddia edirlər. Erməni mətbuatənın yazdığına görə, E.Kvark yarı erməni, yarı hindlidir: "Eliza yarı hindli olub və ölkənin cənubunda yaşayıb. Şahzadə Diananın ana tərəfdən qohumu olan, bəzi mınbələrə əsasən isə xalası hesab edilən Meri Roç yarı hindli, yarı erməni olduqlarını bildirib" deyə yazan erməni mətbuatı onun nəslinin ermənilərlə bağlı olduğunu iddia edir.

Şahzadə ilə bağlı analizlərə gəlincə isə, DNA analizini Edinburq Universitetinin mütəxəssisləri aparıb. Eyni zamanda vurğulanıb ki, şahzadə bu DNA-nə övladlarına verə bilməz.

Qəzet yazır ki, şahzadənin ulu nənəsi hesab eduilən Eliza Kevark iş üçün Hindistana gələn şotlandiyalı Teodor Forbsa ərə gedib. Ancaq Teodor arvadını tərk edərək 6 yaşlı qızları Ketrini Şotlandiyaya göndərib. Daha sonralar Elizanın ərinə yazdığı məktublar tapılıb. Eliza məktublarda ərindən öz uşaqları ilə görüşməyə icazə istəyirdi.

Teodor Forbsin Hindistana gəldiyi tarix isə 1809-cu il kimi göztərilir. 21 yaşlı Teodor Surat şəhərində Eliza ilə qarşılaşıb. Bu görüşdə erməni mətbuatının Aratun Baqdasar adlı erməni kimi, digər mənbələrdə isə Aratun Baldaser adli şəxs kimi təqdim etdiyi və Elizanın qohumu olab şəxsin rolunun olduğu bildirilir.

Ancaq sonralar Teodor Eliza və iki övladını Suratda qoyraq yeni işə başlamaq üçün Bombeyə gedib. Bir müddət sonra qızı Ketrini anasından ayıraraq Şotlandiyaya göndərib. Özü isə 1 il sonra İngiltərəyə qayıdıb. Ancaq 1920-ci ildə yolda gəminin bortunda vəfat edib. Teodorun hindli arvadindan ayrılmasına isə qadını zadəgan ailəsindən olmaması səbəb olub. Teodor onu öz vəsiyyətnaməsində hətta arvadı kimi yox, xidmətçi kimi təqdim edib.

Elnarə
AzNews.az