Fransa İranın yeni prezidentilə əməkdaşlıq etməyə hazırdır

Fransa İran xalqının demokratiya təşəbbüslərini alqışlayır və bu ölkənin yeni prezidentilə əməkdaşlıq etməyə hazırdır.

Bunu Fransanın xarici işlər naziri Loran Fabius deyib.

"Beynəlxalq birliyin İrandan nüvə proqramına və Suriya məsələsinə görə gözləntiləri var.

Biz yeni prezidentlə işləməyə hazırıq.

Fransa İran xalqının demokratiya təşəbbüslərini dəstəkləyir" - deyə Fabius əlavə edib.//trend//

AzNews.az