Homoseksualların müraciətinə Konstitusiya məhkəməsində baxıldı Homoseksualların müraciətinə Konstitusiya məhkəməsində baxıldı

Almaniya homoseksual cütlüklərə 170 milyon avro verəcək

Homoseksualların müraciətinə Konstitusiya məhkəməsində baxıldı




Almaniyada homoseksualların evlənməsi ilə bağlı yeni qanun qəbul edilib. Qanuna əsasən həmin cütlüklərə 170 milyon avro veriləcək. Yeni qanundan Türkiyədən alman homoseksualla evlənib, Almaniyaya gedən homoseksual türklər də faydalana biləcək. Homoseksual cütlüklərin, "Bizlərə də ər-arvad münasibəti göstərilsin və onlara tanınan vergilərdən biz də istifadə edək" şəklindəki müraciəti Konstitusiya məhkəməsinə qədər irəliləyib. Məhkəmə homoseksualların bu müraciətini müsbət qiymətləndirib və onların xeyrinə qərar verib. Yeni qərara əsasən, homoseksual cütlüklər də, normal cütlüklər kimi tanınmalı, onlara da vergi ödənişlərində bərabərlik hüququ verilməlidir.
Məhkəmənin bu qərarından sonra, Almaniya Maliyyə Nazirliyi hazırlıqlara başlayıb. Araşdırmalar nəticəsində bəlli olub ki, ölkədə hazırda 34 min homoseksual cütlük var. Bu cütlüklərin 2001-ci ildən başlayaraq öz hüquqları uğrunda apardıqları mübarizə nəzərə alınaraq, vergi üçün etiraz edənlərə maliyyə yardımı hesablanıb. Hesablamalara əsasən, 2013-cü il ərzində bu vəziyyətdəki homoseksuallara 170 milyon avro veriləcək. İllik vergi ödənişlərində isə homoseksual cütlüklər ildə 55 min avro ilə təmin ediləcəklər.

Məlumat üçün bildirək ki, Almaniyada türkiyəli homoseksual cütlüklər də var. Türkiyədə cinsi azlıqların evlənmələrinə icazə verilmədiyi üçün, onlar Almaniyaya getməyə üstünlük verirlər.


Xəyalə
AzNews.az