ABŞ kəşfiyyatı Dmitri Medvedevin 100-dən çox zəngini qeydə alıb ABŞ kəşfiyyatı Dmitri Medvedevin 100-dən çox zəngini qeydə alıb

Prezidentin telefon danışıqları dinlənilib - ŞOK

ABŞ kəşfiyyatı Dmitri Medvedevin 100-dən çox zəngini qeydə alıb



Rusiya Federasiyasının sabiq prezidenti Dmitri Medvedevin telefon danışıqları ABŞ kəşfiyyat orqanları tərəfindən dinlənilirmiş.


Bu barədə məlumatı "The Guardian" qəzeti yayıb. Qəzetin məlumatına görə, 2009-cu ildə "Böyük iyirmiliy"in sammitində iştirak edən prezident Medvedev və onun ətrafındakı rəsmilərin etdiyi istənilən beynəlxalq zənglər izlənilib. Məlumatların peyk vasitəsilə həyata keçirildiyi və 100-dən artıq zəngin qeydə alındığı bildirilir.

Nəzarətə götürülən telefon zənglərinin hamısının dinlənilib-dinlənilməməsi haqqında isə heç bir məlumat verilmir. Qəzetin məlumatına görə, əldə edilən informasiyalar Amerika Mərkəzi Kəşfiyyat orqanlarına o qədər də lazım olmayıb. Görünür, prezident vacib söhbətlərini telefonla etmirmiş.

"The Guardian"nın məlumatına görə, eyni hadisə müxtəlif illərdə Türkiyə və Cənubi Afrika rəsmilərinin də başına gəlib.

Aynur Hüseynova
AzNews.az