Fransalı məşhur aktyor Jerar Depardye eyni anda 7 ölkənin vətəndaşı olacaq. Fransalı məşhur aktyor Jerar Depardye eyni anda 7 ölkənin vətəndaşı olacaq.

Depardye 7 ölkənin vətəndaşı olacaq

Fransalı məşhur aktyor Jerar Depardye eyni anda 7 ölkənin vətəndaşı olacaq.



Bu haqda məlumatı "Reuters" informasiya agentliyi yayıb. Agentliyin məlumatına görə, yaxın günlərdə aktyor Əlcazair hökumətinə müraciət etməyi düşünür. Onun sözlərinə görə, eyni anda bir neçə vətəndaşlıq almaqda məqsədi, dünya ölkələrinə vizasız gedib-gəlməkdir.

"Mən bir ölkə vətəndaşı olmaqla hamı kimi biri olmuş oluram. Buna görə də, fərqlənməyin bu üsulunu seçməyi düşündüm. Həm də "dünya vətəndaşı" olmaq çox gözəl hissdir. İlkin variantda 7 ölkənin vətəndaşı olacam. Daha sonra isə bu göstərici artacaq", -deyə Depardye bildirib.
Xatırladaq ki, Fransa hökumətində vergi sistemində olan dəyişkliklər səbəbindən aktyor Fransa vətəndaşlığından imtina edib və Rusiyaya sığınıb.

Aynur Hüseynova
AzNews.az