ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatının qəbulu gözlənilir. ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatının qəbulu gözlənilir.

“Böyük səkkizlər”in sammiti başlayıb

ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatının qəbulu gözlənilir.



Şimali İrlandiyanın Lox Ern (Lough Erne) turizm zonasında "Böyük səkkizlər"in (G8) 39-cu zirvə toplantısı başlayıb. APA-nın xəbərinə görə, Böyük Britaniyanın baş naziri Devid Kemeron toplantısı açaraq əsas müzakirə mövzularının ticarət, vergilər, şəffaflıq və aktual beynəlxalq problemlər olacağını deyib.

Liderlər dünya iqtisadiyyatının, maliyyə və fond bazarlarının mövcud durumunu müzakirə edəcək, həm milli, həm də dünya bazarlarının bundan sonrakı inkişafına dair fikir mübadiləsi aparacaqlar. Daha sonra Suriya böhranına həsr olunmuş ayrıca iclas keçiriləcək.

Sammitin ikinci günü beynəlxalq terrorçuluqla bağlı məsələnin müzakirəsi ilə başlayacaq, sonra dünya vergi sisteminin islahatı barədə müzakirə aparılacaq.

Sammit çərçivəsində ikitərəfli görüşlər keçiriləcək. Rusiya prezidentinin köməkçisi Yuri Uşakovun daha öncə söylədiyi kimi, ATƏT-in Minsk Qrupunun həmsədr ölkələri ABŞ, Rusiya və Fransa prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin həllinə dair birgə bəyanatının qəbulu da gözlənilir.

Qeyd edək ki, G8-ə ABŞ, Böyük Britaniya, Almaniya, Fransa, Rusiya, Kanada, İtaliya və Yaponiya daxildir.

AzNews.az