Braziliyada xalq ayağa qalxdı - Foto + Video

Okeanın o tayında yeni etiraz bölgəsi alovlanıb. Braziliyada insanlar küçələrə axışaraq etiraz aksiyaları keçirirlər.

Sosial durum, təhsil və səhiyyədən narazı insanların San Pauloda başlatdıqları kiçik aksiyalar bu gecə daha geniş miqyasda baş tutub. San Paulo aksiyalarına polis müdaxiləsi nəticəsində 100-ə yaxın şəxsin yaralanması aksiyanı alovlandırıb.

Bu gecə keçirilən aksiyalar zamanı Konqres binasının da nümayişçilər tərəfindən ələ keçirildiyi bildirilir. Yayılan məlumatlara görə, Rio de Janeyro, Braziliya, San Paulo, Horizonte və digər şəhərlərdə baş tutan etirazlar zamanı DÇ 2014 və Konfederasiyalar kuboku əleyhinə də şüarlar səsləndirilib. Aksiyaçılardan biri tələbləri haqqında danışıb: "Pulumuzu stadion tikintisinə xərcləməli deyilik. Biz kubok yox, təhsil, xəstəxana və daha yaxşı yaşam istəyirik".



Elvin CanTuran
AzNews.az
image description image description image description