Uşaqları avtomobilin salonunda zorlayan deputat - TƏFƏRRÜAT

Rusiyanın Bryansk vilayətində 62 yaşlı deputat 12 qızı zorlamaqda ittiham edilir. Rusiya mətbuatının məlumatına görə, yetkinlik yaşına çatmayan qızları zorlayan deputata artıq cinayət işi açılıb.

Əvvəlcə deputat 3 qızı zorlamaqda ittiham edilib. Daha sonra onların sırasına daha 9 uşaq qoşulub. Təhqiqat zamanı deputatın 12 qıza təcavüz etdiyi meydana çıxıb.

BFM.RU xəbər verir ki, deputat bu bədnam əməlinə 2009-cu ildən başlayıb. O, öz qurbanlarını əsasən köməksiz vəziyyətdə olan uşaqlar arasından seçib. Qızları əsasən avtomobilinin salonunda zorlayıb.

Xatirə
AzNews.az