Həyat tərzinin ən yüksək olduğu ölkələrin SİYAHISI

AVSTRALİYA BİRİNCİ YERDƏDİR


İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının bir il ərzində apardığı araşdırma nəticəsində Avstraliya həyat tərzinin ən yüksək olduğu ölkələr sırasında birinci yer tutub.


15. İrlandiya. İrlandiya əhalisi cəmiyyətin bütövlüyünə və hakimiyyətə inanan ölkələr arasında ilk yerlərdə durur. İrlandlıların sözlərinə görə, əgər onlar çətin vəziyyətə düşərsə heç bir tərəddüdsüz hökumətə güvənir və problemlərinin qısa zamanda həll olunacağına inanırlar. Orta irlandiyalı il ərzində 1 643 saat işləyir. İrlandiyalıların orta illik gəliri 24 min dollara bərabərdir.

14. Lüksemburq. Bu cırtdan dövlətdə əhalinin 96% siyasətlə maraqlanan insanlardır. Orta ömür 81 il və ekologiyanın ən təmiz olduğu ölkələrdəndir.

13. Avstriya. Avstriya ən təhsilli ölkələr sırasında birinci yerdə dayanır. Burada əhalinin 87%-i ali təhsillidir.

12. Finlandiya. Bu ölkə şagirdlərin savadlı olması və təhsildə olimpiada medallarının çoxluğu ilə birincilik tutur. Finlandiya həm də əhalisinin pozitiv olması ilə fərqlənən ölkələrdəndir. 67% finlinin sözlərinə görə, onlar gün ərzində daha çox müsbət emosiya qəbul edirlər.

11. Yeni Zellandiya. Bu ölkə digərlərindən fərqli olaraq gənclərinin aktiv fəaliyyətinin maksimum həddə olması ilə fərqlənir.

10. Böyük Britaniya. İngilislər başqa ölkələrdən fərqli olaraq içdikləri suyun təmizliyindən demək olar ki heç şikayətlənməyən xalqdır.

9. İslandiya. İslandiya xalqı ən az şikayətlənən və üsyan etməyən xalqlar sırasında birinci yerdə dayanır. Ölkə əhalisinin 90%-i yaşadığı həyat tərzindən məmnundur.

8. Hollandiya. Niderland xalqı ildə az işləyən xalqlar sırasındadır. Onlar ildə təxminən 1100 saat işləyirlər.

7. Danimarka. Ölkənin 89% əhalisi işlədiyi yerdən məmnundur və əmək haqqından narazılıq etmir.

6. ABŞ. ABŞ xalqı dünyada ən çox gəlir qazanan xalqdır. Lakin bununla belə, intiharların sayının çox olduğu ölkələr sırasındadır.

5. İsveçrə. Əhalinin 40%-i soyuqanlıdır və emosiyalarını gizlədirlər. Gəlirləri yüksək və ekologiyanın ən təmiz olduğu ölkələrdən olan İsveçrədə əhalinin hansı səbəbdən bu qədər intihar etməsi bəlli deyil.

4. Norveç. Norveç xalqı hökumətin sosial yardımından ən çox razı qaldığı ölkədir. Əhalinin cəmi 2% hesab edir ki, ona hökumət tərəfindən diqqət ayrılmır.

3. Kanada. Həyat şəraiti çox yüksək, xidmətin lüks formada təqdim olunduğu ölkədir. Orta gəlirli kanadalı il ərzində qazandığı əmək haqqı ilə dünyanın 3-4 ölkəsində rahatlıqla dincələ bilər.

2. İsveç . İsveç əhalisi dünyada siyasətlə demək olar ki məşğul olmayan ölkələrdəndir.

1. Avstraliya. Bu ölkənin artıq ikinci dəfə birincilik qazanması, bir daha ölkədə hər şeyin xalqın ürəyincə olmasını göstərir. Ekologiyanın təmizliyi, insanların pozitivliyi, yüksək əmək haqqı və ən uzun ömürlü xalqın yaşadığı ölkədir.

Aynur Hüseynova
AzNews.az