ABŞ İordaniyada 700 hərbçi saxlayacaq

ABŞ İordaniyada təlimlərdən sonra 700 hərbçi saxlayacaq. Bu barədə ABŞ prezidenti Barak Obamanın Konqresə ünvanladığı məktubda deyilir.

Məktubda bildirilir ki, ABŞ hərbçiləri ölkədə İordaniya hakimiyyətinin müraciətinə uyğun olaraq qalırlar və bölgədə vəziyyət tənzimlənənədək orada olacaqlar: "Bu hərbi hissənin orada qalmasını ABŞ milli təhlükəsizlik maraqları, İordaniyanın sabitliyini və bölgənin təhlükəsizliyini təmin etmək zərurəti diktə edir".

İordaniya iki ildir vətəndaş müharibəsinin davam etdiyi Suriya ilə həmsərhəddir.

AzNews.az