7 yaşlı uşaq sükan arxasında - Foto


Avstraliyada sərxoş ata sükan arxasında 7 yaşlı oğlunu əyləşdirib.

Maşın polisin diqqətini cəlb edib.

Maşını 7 yaşlı oğlanın idarə etdiyini görən polis təəccüblənib. Ata o qədər sərxoş olub ki, hətta sərxoşluğun dərəcəsini təyin etmək üçün müayinədən belə keçə bilməyib.

Maşını uşağın idarə etməsinə baxmayaraq polis ittihamı 41 yaşlı ataya yönəldib.

Qeyd edək ki, hadisənin baş verdiyi Kvinslend ştatında sürücülük hüququ ancaq 17 yaşdan sonra verilir.

Elnarə
AzNews.az