Pan Gi Mun dövlət qulluqçularına müraciət etdi

BMT-nin Baş Katibi Ban Ki Mun 23 iyun - Birləşmiş Millətlər Təşkilatı Dövlət Qulluğu Günü münasibətilə müraciət ünvanlayıb


BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən Trend-ə verilən məlumata görə, Baş Katib çıxışında belə deyib ki, artıq uzun zamandır ki, Birləşmiş Millətlər Təşkilatı düzgün idarəetmə və effektiv dövlət idarəçiliyinin vacibliyini qeyd edib və tanıyıb. Hal-hazırda 2015-ci ildən sonrakı gündəliyi müəyyən etmək üçün davam edən qlobal məsləhətləşmələr də onların bütün inkişafın mərkəzində durduğunu bir daha təsdiq edir:

"Birləşmiş Millətlər Təşkilatı Dövlət Qulluğu Günü ölkələri dövlət qulluqçuların ictimaiyyətin inkişafına verdikləri töhfələri qeyd etməyə səsləyir.

Bir-birləri ilə qarşılıqlı surətdə bağlı olan cari problemlərin həlli üçün düzgün, uzaqgörən dövlət qanunları, o cümlədən özündə ən yoxsul və zəif təbəqəni birləşdirməklə birliyi təcəssüm etdirən şəffaf, məsuliyyətli hökumət strukturlarına ehtiyac var."

Onun sözlərinə görə, 2013-cü il BMT Dövlət Qulluğu Mükafatları dövlət qulluğunun daha effektiv, innovativ və bərabərlik prinsipi ilə yerinə yetirilə biləcəyini göstərir. Bu mükafatların qalibləri özlərində mükəmməlliyin əsas göstəricilərini - öhdəlik və məsuliyyət, işdən qorxmamaq və innovasiya, istedad və texnologiya biliklərini daşıyırlar.
"Mən dünyanın hər yerində fəaliyyət göstərən dövlət qulluqçularını hər kəs üçün daha bütöv, insanların rifahını qoruyan və davamlı gələcək qurmaq naminə yorulmadan çalışmağa çağırıram", - deyə Ban Ki Mun qeyd edib.

AzNews.az