Leysan qurbanlarının sayı 800-ə çatdı - Hindistanda

Hindistanda günlərdir davam edən yağış qurbanlarının sayı 800-ə çatıb.


Güclü yağan yağışlar nəticəsində minlərlə evə ciddi dəydiyi və 14 mindən çox insanın itkin düşdüyü xəbər verilir. Qanq çayının səviyyəsinin artması ölkənin şimal bölgələrində daha da ağır fəsadlar törədəcəyini istisna etmir.

Ölkədə hava şəraiti düzəlsə də, aparılan xilasetmə işlərinin nəticəsi məyusedicidir. Meyitlərin və itkinlərin sayı durmadan artır.

Aynur Hüseynova
AzNews.az