- Köhnə - Dünya
- 23 İyun 2013 08:12
- 2 611
“Taliban” hərəkatının 18 üzvü öldürülüb
Hökumət qoşunlarının Gündüz şəhərindəki blokpostları və nəzarət-buraxılış məntəqələri ötən gün günorta saatlarında hücuma məruz qalıb. Talibançılar şəhərə daxil olaraq hərbi obyektlərə avtomat silahdan və qumbaraatanlardan atəş açmağa başlayıb. On iki saat davam edən döyüş nəticəsində ekstremistlər şəhərdən geri çəkilib.
Əfqanıstan DİN-nin məlumatına görə, hökumət qüvvələri hücum çəkənlərdən 18 nəfəri öldürüb, 11 nəfər isə yaralanıb. Ölənlər arasında iki nəfər hüquq-mühafizə qurumlarının əməkdaşıdır.
Ölkə ərazisində təhlükəsizliyin və sabitliyin təmin olunmasına görə məsuliyyət tam olaraq yerli güc strukturlarının üzərinə keçib. Ehtiyac yarandıqda qərb koalisiyasının qüvvələri onlara hərbi dəstək göstərə bilər. (apa.az)
AzNews.az