Fahişələr büdcəyə hər il 20 milyon gəlir gətirir

Kiprin gecə həyatı ilə bağlı şok fatlar


Əyləncə adı gələndə yada düşən ölkələrdən biri də Quzey Kipr Türk Cümhuriyyəti olur. Dünyanın müxtəlif ölkələrindən gələn turistləri bura cəlb edən təkcə dəniz, qum, gözəl təbiət deyil, həm də sərhədsiz gecə həyatıdır. Bura xüsusilə keçmiş sovet respublikalarında çox sayda qadın iş vədi ilə aldadılaraq gətirilir və gecə klublarında, barlarda məcburi fahişəliyə cəlb edilir.

Kiprdə "konsomatris" xidmətinə qanunla icazə verilir və əcnəbi qadınların işi bu adla sənədləşdirildiyi halda əslində barlarda fahişəliyə məcbur edilirlər. Ötən ilin statistikasına görə, Kiprdə qeydiyyata əsasən 504 konsomatris çalışır. Fahişəlik edən qadınların bir saatda qazandığı pul 400 TL (təxminən 200 manat) təşkil edir. Bu məbləğ bəzən 100, bəzən isə 750 TL ola bilər. Konsomatrislər çalışmaq icazəsi almaq üçün 3500 TL ödəməlidirlər. Gecə klublarında çalışan qadınlar bu ölkənin iqtisadiyyatına ildə nə az-nə çox 10 milyon avro gəlir gətirir.

Sənədlərə əsasən Kiprin 42 gecə klubunda 504 konsomatris çalışır. Ancaq onların əksəriyyəti fahişəliyə məcbur edilənlərdir. Qadınların gecə klublarında çalışması üçün İş və Sosial Təminat Nazirliyindən icazə alınmalıdır. Belorus, Özbəkistan, Qırğızıstan, Qazaxıstan, Ukrayna, Moldova, Yaponiyadan gələn qadınların pasportları ölkədə qaldıqları müddətdə polisin mühacirlərlə iş bölməsində saxlanılır. Polis bunu həmin qadınların istismarının qarşısını almaq məqsədilə edildiyini bildirsə də, əslində bunun tam əksi baş verir.

Kipr qanunlarına görə, konsomatris "gecə klubunda müştəri ilə birlikdə yeyib içərək çalışdığı yerə qazanc gətirən qadın" kimi ifadə olunur. Gecə klubu isə "musiqili-əyləncə proqramları təşkil edən, oteldən kənarda yerləşən, alkoqollu içki satan və konsomartis işçi çalışdıran iş yeri" kimi qanunda əksini tapıb. Göründüyü kimi konsomatrislər ancaq müştərilərlə yeyib içən və beləliklə kluba qazanc gətirən qadınlardır.

Onlar qətiyyən fahişəliyə cəlb edilə bilməzlər. Kipr qanunlarına görə fahişəliklə məşğul olan konsomatrislər 2 ilə qədər həbs və ya min lirə cərimə edilir. Bəzi hallarda isə hər iki cəza eyni zamanda tətbiq oluna bilər.

Kipr hökuməti gecə klublarından ildə 10 milyon avro gəlir əldə edildiyini bildirsə də, bəzi mütəxəssislər bu rəqəmin iki dəfə artıq olduğunu bildirir. Sosial xidmətlər üzrə mütəxəssis Barış Başelin sözlərinə görə, bir qadın bu klub və ya barlarda bir gündə ən azı 20 nəfərlə bərabər olur və orta hesabla 2 min TL qazanır. Ancaq bu pulun böyük bir hissəsi gecə klublarını sahiblərinə və müştəri cəlb edənlərə çatır.

Gecə klublarının sahibləri qadın alverini rədd etsələr də, fakt faktlığında qalır. Onların ölkə turizminə və iqtisadiyyatına böyük xeyir vermək kimi təqdim etdikləri iş əslində Kipr türk imicinə böyük ziyan vurur.

Elnur
AzNews.az
image description image description image description image description