Həccə getmək istəyənlərin üstünə divar uçdu

Sudanda 12 nəfər həlak olub

Sudanın Gedaref şəhərinin Məkkəyə həcc ziyarətinə getmək istəyən sakinləri ərizə vermək üçün idarə qarşısında toplaşıblar. Qəfildən binanın kərpicdən olan hasarı uçub və 12 nəfər həlak olub.

Hasarın hansı səbəbdən uçması bilinmir.

AzNews.az