- Köhnə - Dünya
- 24 İyun 2013 08:34
- 2 184
Yaponiyanın ən böyük bankı cərimələndi
Buna səbəb bankın İrana qarşı beynəlxalq sanksiyaları pozmasıdır.
Xəbərdə bildirilir ki, "The Bank of Tokyo-Mitsubishi UFJ" 2002-2007-ci illər ərzində Nyu-Yorkdakı şöbəsi vasitəsilə İran dövləti və vətəndaşlarına milyardlarla dollar pul köçürüb: "Ancaq bank işçiləri mütəşəkkil şəkildə bu transferlərlə bağlı məlumatları sistemdən silməklə mübadilənin kimlər arasında baş verməsinin izini itiriblər".
Məlumatda həmçinin deyilir ki, "The Bank of Tokyo-Mitsubishi UFJ"nin Nyu-Yorkdakı şöbəsi 100 milyard dollar həcmində 28 min qeyri-qanuni pul transferi həyata keçirib və bununla da sanksiyaları pozub: "Artıq bank rəsmiləri cəriməni qəbul edib və gələcəkdə bu cür pozuntu hallarının baş verməsinə imkan verməyəcək". //apa//
AzNews.az