Sabiq baş nazir 7 il azadlıqdan məhrum edildi

Milan məhkəməsi bazar ertəsi İtaliyanın keçmiş baş naziri Silvio Berluskonini qalmaqallı "Rubi işi"nə görə 7 il azadlıqdan məhrum edib.

Bundan əlavə, məhkəmənin qərarına görə, Berluskoni ömürlük dövlət postlarını tuta bilməyəcək.

Keçmiş baş nazirə qarşı məhkəmə prosesi 2011-ci ilin aprelində başlayıb. İstintaq Berluskonini mərakeşli 18 yaşına çatmamış "Rubi" ləqəbli Kərimə əl-Marutla hədiyyə və pul mükafatı əvəzində intim əlaqədə günahlandırıb. //apa//

AzNews.az