- Köhnə - Dünya
- 26 İyun 2013 08:13
- 1 785
Bu gün Monqolustanda prezident seçkiləri keçirilir
Dövlət başçısı uğrunda üç namizəd mübarizə aparır.
Onların arasından daha çox şanslı indiki prezident Tsaxiaqiyn Elbekdorj sayılır.
Keçmiş jurnalist, dinc inqilabın lideri, Monqolustanda kommunist rejiminin axırına çıxmış Elbəkdorj ilk dəfə 2009-cu ildə bu posta seçilib. O vaxtadək o, baş nazir olub.
Onun rəqibi Bat-Ərdənə Badmaanyambuuqiyn Monqolustan Xalq Partiyasındandır.
O biri namizəd Natsaqiyn Udval səhiyyə naziridir. Nazir Monqolustan İnqilab Partiyasındandır.
Səsvermə 10 saat sürəcək və Bakı vaxtı ilə 19-dək davam edəcək.
AzNews.az