300 nəfər 2 qız üstündə davaya qalxdı

Amerikanın Florida ştatının Loderhill şəhərində kütləvi dava baş verib.

Hadisəni maraqlı edən 300 nəfərin iki qız üstündə dalaşması olub. Davada xəsarət alan iki nəfər xəstəxanaya yerləşdirilib.

Polisin məlumatına görə, hər şey iki qızın park yeri ilə bağlı dava etməsindən başlayıb. Hər iki qız davaya tərəfdarlarını cəlb edib və dava böyüyüb. Dava edənləri sakitləşdirmək üçün polis və hətta xüsusi təyinatlılar gətirilib. Hadisənin baş verdiyi ticarət mərkəzi evakuasiya edilib.


Elnarə
AzNews.az