Xorvatiya Avropa Birliyinə daxil olur

Türkiyə ilə birlikdə Avropa Birliyi müzakirələrinə başlayan Xorvatiya iyulun 1-dən AB üzvü olacaq. APA-nın məlumatına görə, bu münasibətlə keçirilmiş tədbirdə çıxış edən Xorvatiya prezidenti İvo Yosipoviç bunu ölkəsinin "böyük uğuru" kimi dəyərləndirib.

"Ancaq bu, artıq heç nə etməyəcəyimiz demək deyil. Ölkəmizin daha keyfiyyətli və daha yaxşı bir ölkə olması üçün fəaliyyətimizə davam edəcəyik. Avropalılıq, Avropaya aid olduğunu hiss etməkdir. Sadəcə kriteriyaları yerinə yetirmək deyil, həm də bu kriteriyaların dəyərini anlamaqdır", deyə prezident bildirib.

AzNews.az