Almaniyada qaçqınlar aclıq elan etdi

Almaniyanın Münhen şəhərində 50 yaxın qaçqın Almaniyadan siyasi sığınacaq almaq tələbi ilə aclıq aksiyası keçirir.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar Pakistan, Efiopiya və Nigeriya vətəndaşlarıdır. Mənbənin məlumatına əsasən, onlar bir həftədir qida qəbulundan imtina edib.

Aclıq aksiyası keçirənlər bildirib ki, onların iki yolu var ya siyasi sığınacaq almalı, ya da acından ölməlidirlər.

Almaniya hakimiyyəti isə öz növbəsində bunu "şantaj" adlandıraraq, aksiya iştirakçılarından uyğun qanunla fəaliyyət göstərmələrini istəyib.

AzNews.az