Ateizmə abidə qoyuldu

Amerikanın Florida ştatındakı Stark şəhərində ateizm abidəsi ucaldılıb.
"Amerika ateistləri" nəhayət ki, abidənin açılışına nail olublar. Təşkilatın prezidenti Devid Silvermanın sözlərinə görə, abidənin üzərində Tomas Ceferson, Benjamin Frnaklin, Con Adams kimi dövlət xadimlərindən sitatlar həkk edilib.

Açılış mərasimində 200-ə yaxın insan iştirak edib. Ancaq açılış mərasimi dindarlar tərəfindən etirazla qarşılanıb. Yüzlərlə insan abidənin qoyulduğu yerin yaxınlığına toplaşaraq etiraz səslərini ucaldıblar.
Ancaq "Amerika ateistləri" bütün ölkə üzdə daha 50 belə abidənin ucaldılacağını bildirir.

Elnarə
AzNews.az