ABŞ kəşfiyyatı 38 diplomatik missiyani dinləyib

ABŞ Milli Təhlükəsizlik Agentliyi ölkədəki 38 səfirlik və diplomatik missiyanın gizli yolla dinləyib.

APA-nın "Guardian"a istinadən yaydığı məlumata görə, diplomatik missiyalar arasında Fransa, İtaliya, Avropa Birliyi, Türkiyə, Yunanıstan, Yaponiya, Meksika, Cənubi Koreya, Hindistan və digər ölkələrin səfirlikləri var.

Jurnalist Edvard Snoudenin nəşrə təqdim etdiyi sənədlərdə "hədəf" olaraq göstərilən diplomatik missiyaların siyahısı verilib. Xüsusi xidmət orqanlarının səfirlik binalarındakı telefon xətlərinə və elektron kommunikasiyalara çıxışı olub. Onların həmçinin diplomatların danışıqlarını xüsusi antena vasitəsilə də dinlədiyi güman edilir.

Xatırladaq ki, iyunun 29-da Spiegel nəşri Edvard Snudenə istinadən analoji məlumatı dərc edib.

AzNews.az