Əflatun Amaşovdan prezidentlə bağlı Təklif

Xəbər verdiyimiz kimi hazırda Azərbaycan jurnalistlərinin VI qurultayı keçirilir.

AzNews.az qafqazinfo-ya istinadən xəbər verir ki, qurultayı giriş söz ilə açan Mətbuat Şurasının sədri Əflatun Amaşov iştirakçıları və qonaqları salamlayıb. Daha sonra ötən qurultaydan sonra dünyasını dəyişmiş jurnalistlərin ruhu bir dəqiqüəlik sükutla yad edilib.

Qurultayda Say komissiyası, Mandat Komissiyası, İdarə Heyəti, Rəyasət heyətinin üzvləri seçilib.

Mandat Komissiyasının üzvləri Elçin Mirzəbəyli, Şakir Ağayev, Əminə Yusifqızı seçilib. Rəhim Hüseynov, Tahir Aydınoğlu, Mahir Hacıyev, Fariz Vəliyev, Elşən Şirinov, Umud Rəhimoğlu, Rəşad Məcid, Vüqar Səfərli, Müşfiq Ələsgərli isə İdarə heyətinin üzvləri seçilib.

Sevil Yusifova, Nadir Azəri, Rey Kərimoğlu isə Katib seçilib. Əflatun Amaşovun təklifi ilə idarə heyətinin üzvləri rəyasət heyətində təmsil olunub.

Daha sonra Prezident Administrasiyasının şöbə müdiri Əli Həsənov prezident İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub.

Qurultayda MŞ sədri Əflatun Amaşov hesabat çıxışı edib. O həmçinin Jurnalist Nicat Dağların müalicəsinin dövlət tərəfindən həyata keçiriləcəyi üçün prezident İlham Əliyev və Mehriban Əliyevaya təşəkkür edib. Bununla bağlı prezidentə təşəkkür məktubunun gööndərilməsini təklif edib.

AzNews.az