İtlərlə iftar açan qadın həbs olundu - Foto

Malayziyada 38 yaşlı Maznah Mohdom Yusof həbs olunub. O, müsəlmanların hisslərini və İslamı təhqir etməkdə suçlanır.

Milli.Az Free Malaysia Today-ə istinadən bildirir ki, evində saxladığı üç köpəyi axşam azanına yaxın hamama salan qadın burada əvvəlcə özü dəstəmaz alıb, qüsl edib, sonra isə köpəklərin ayaqlarını və başlarını yuyub silərək onlara da "dəstəmaz aldırıb".

Bundan sonra qadın üç köpəyi ilə birlikdə Malayziyada "Hari Raya" adlanan iftarda masa arxasına oturublar. Azan səslənib qurtarandan, iftar zamanı başlanandan sonra qadın masaya, itlərin qarşısına üç peçenye qoyur.
Videonun iftar zamanı çəkildiyi vurğulansa da, hadisənin 2010-cu ildəki İdd əl Fitr, yəni Qurban bayramı zamanı baş verdiyi bəlli olub.
Maznah həbs olunub və məhkəməyə qədər zaminə buraxılıb.

Ona qarşı irəli sürülmüş ittihamlar təsdiqlənərsə, qadını 5 ilədək həbs gözləyir.

Maznah Mohdom Yusof isə 2010-cu ildə çəkilmiş 2 dəqiqəlik video ilə İslamı və müsəlmanları təhqir etmək niyyətində olmadığını bildirib: "Sadəcə, insanlara bir daha xatırlatmaq istədim ki, Allahı, Quranı və müsəlman olduqlarını unutmasınlar".

AzNews.az