- Köhnə - Dünya
- 5 Avqust 2013 19:55
- 2 059
Eynicinslilərin evliliyinə daha bir “yaşıl işıq“
Anspress-in BBC-yə istinadən verdiyi xəbərə görə, prezident Xose Muxikanın may ayında imzaladığı qanun 90 gündən sonra qüvvəyə minib.
Argentinanın 2010-cu ildə atdığı analoji addımdan sonra, Uruqvay eynicinslilərin nigahına qanunla icazə verən ikinci Cənubi Amerika ölkəsi oldu.
Qeyd edək ki, ilk dəfə eynicinsllilərin nigahını dəstəkləyən qanun 2001-ci ildə Niderlandda qəbul edilib. Daha sonra 2003-cü ildə Belçika, 2005-ci ildə İspaniya və Kanada, 2006-cı ildə Cənubi Afrika, 2009-cu ildə Norveç və İsveç, 2010-cu ildə Portuqaliya və İslandiya, 2012-ci ildə Danimarka, 2013-cü ildə Yeni Zelandiya və Fransada eynicinsllilərin nigahına icazə verən qanun qüvvəyə minib.
AzNews.az