Misirə yardım məsələsi ABŞ-da fikir ayrılığı yaratdı

Misirdə ötən həftə baş verən hadisələrdən sonra ABŞ Konqresində Misirə göndəriləcək 1,6 milyard dollarlıq yardıma qarşı çıxışlar artıb.


Konqreslə Obama rəhbərliyi arasında, Misirə göndəriləcək yardımların göndərilməsi ilə bağlı fikir ayrılığı yaranıb.

Senat Xarici Əlaqələr Komitəsinin üzvü, Respublikaçı senator Rand Paul bildirib ki, Obama rəhbərliyinin yeritdiyi siyasətə görə ABŞ Misir xalqının dostluğunu qazanmaqdansa, itirir. Konqresmen bəyan edib ki, ABŞ-ın Misirə yardımları sona çatmalıdır.

Komitənin digər üzvü Bob Corker isə deyib ki, Konqres tətildən qayıtdıqdan sonra Misirə göndəriləcək yardım məsələsini yenidən dəyərləndirilib.

Misirə səfər edən Respublikaçı senator Con Makkeyn də bu ölkəyə yardımların kəsilməsinin vacibliyini vurğulayıb. O, qırğınlara seyrçi qalmağın, ABŞ-ın müdafiə etdiyi bütün dəyərlərə zidd olduğunu söyləyib.

Respublikaçılar qanadında köməyə qarşı çıxışlar artsa da, məsələyə daha təmkinli yanaşanlar da var. Respublikaçı konqresmen Pete Kinq, yardımların azaldılmasının ABŞ-ın Misirin müvəqqəti hökuməti üzərindəki təsir və təzyiq gücünü azalda biləcəyini deyir.

Nümayəndələr Palatasının ilk müsəlman üzvü, Demokrat Keit Ellison bildirib ki, Obama rəhbərliyi Misirdə yaşananların adını çevriliş kimi dəyərləndirməlidir. O da Misirə göndəriləcək yardımların kəsilməsinin vacibliyini söyləyib. Onun fikrincə, Misirlə diplomatik yollardan əməkdaşlığın davam etməli və rəhbərlik, Misir həkimiyyətinə, qırğınlara son vermələri və demokratiya yoluna dönmələri üçün xəbərdarlıq göndərməlidir.

Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin Demokrat üzvü Eliot Angel, Misirdə yaşananlardan narahat olduqlarını və ordunun etdiklərini dözümlülük göstəriliyini, o cümlədən "Müsəlman Qardaşları"nın Misirin demokratiyası yolunda bir variant kimi görmədiyini qeyd edib. Angelin sözlərinə görə, bir çox strateji səbəblərə görə, yardımlar davam etməlidir.(anspress)

AzNews.az