Özünü yandırmaq istədi... dəlixanaya göndərildi

Moskvadakı Qızıl meydanda intihara cəhd hadisəsi qeydə alınıb.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, ona məxsus olan torpaq sahəsinin qanunsuz olaraq əlindən alınmasına etiraz edən kişi özünü yandırmaq istəyib. O, Qızıl meydana əlində plakatla çıxıb və qanunsuzluğa etiraz edib.

Polis onu intihar fikrindən daşındırmağa çalışıb və buna nail olub. İntihara cəhd edən şəxsin psixoloji problemlərinin olduğu bildirilib və psixiatriya xəstəxanaya göndərilib.


Elnarə
AzNews.az