Barak Obama etiraf etdi

ABŞ prezidenti Barak Obama altı ildir siqaret çəkmədiyini etiraf edib və zarafatyana bildirib ki, bu pis vərdişi birinci xanım Mişel Obamadan qorxduğu üçün tərgidib.

Obama bu sözləri ictimaiyyət üçün səsləndirməyib, lakin mikrafon yanıq qaldığından mətbuata sızıb.

ABŞ prezidenti və BMT-nin həmməruzəçisi Main Kiai qurumun Baş Assambleyasının Nyu-Yorkda keçirilən kuluar çərçivəsində görüşüb.

"Ümid edirəm, siz siqaret çəkməyi atmısınız", - deyə Obama həmsöhbətinə bildirib. Kiai cavabında vaxtaşırı olaraq çəkdiyini söyləyib və öz növbəsində ABŞ prezidentindən siqareti ata bilib-bilmədiyini soruşub.

"Mən altı il ərzində bir dənə də olsun siqaret çəkməmişəm, çünki həyat yoldaşımdan qorxuram", - deyə Obama gülərək bildirib.(gun.az)

AzNews.az