Zəlzələdə ölənlərin sayı 208 nəfərə çatdı

Pakistanda baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 208 nəfərə çatıb.

APA-nın "Reuters"ə istinadən xəbərinə görə, yeraltı təkanlar Bəlucistan əyalətinin Avaran dairəsi daha çox zərər vurub.

Təbii fəlakət nəticəsində ən azı 373 nəfər yaralanıb, binaların 90%-i dağılıb.

Qeyd edək ki, sentyabrın 24-də gündüz saatlarında Pakistanın cənub-qərbində 7,8 bal gücündə zəlzələ baş verib. Yeraltı təkanların episentri Avaran şəhərinin 66 km-liyində qeydə alınıb. Zəlzələ Kəraçidə, Hindistanın Heydərabad və Dehli şəhərlərində də hiss olunub. Təbii fəlakət nəticəsində Ərəbistan dənizində - Pakistanın Qvadar şəhəri yaxınlığında dənizdən ada üzə çıxıb.

AzNews.az