İtaliyada siyasi böhran

Italiyada hökumət yenidən siyasi böhranla qarşı-qarşıya qalıb. Buna səbəb ötən gün ölkənin sabiq baş naziri Silvio Berluskoninin Azadlıq Xalqı partiyasının koalisiya hökumətinin tərkibindən çıxması olub. Bu barədə partiyanın katibi Ancelino Alfono açıqlama verib. Hazırda ölkənin baş naziri Enriko Lettanın vəziyyətə necə reaksiya verəcəyindən isə hökumətin talehi asılıdır.

Fırıldaqçılıqda ittiham olunan Berluskoni ona qarşı cəza olaraq Senatdan qovulacağı təqdirdə partiyasını koalisiyadan çıxardacağı ilə bağlı xəbərdarlıq etmişdi.

Lettanın isə belə bir vəziyyətdə hətta öz vəzifəsi də təhlükə altındadır. Büdcə planları ilə əlaqədar olaraq gələn həftə keçiriləcək səsvermədə Letta qanunvericilərin etimadını qazanmayacağı təqdirdə vəzifəsindən istefa verə bilər.(anspress)

AzNews.az