Silahdan İrana qarşı istifadə olunacaq Silahdan İrana qarşı istifadə olunacaq

ABŞ konvensional bomba hazırlayır

Silahdan İrana qarşı istifadə olunacaq

ABŞ İrana qarşı yeni bomba hazırlayır. AzNews.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Amerika Hava Qüvvələri naziri Maykl Donli məlumat verib.

Onun sözlərinə görə, bu silah indiyədək istehsal olunan ən böyük konvensional bombadır. Məlumatda qeyd olunur ki, istehsal olunan bomba Şimali Koreya və İranda gizli sığınacaqları bombalamaq üçün istifadə olunacaq. Donli əlavə edib ki, bu silah illərdir ki, hazırlanır. Nazir bu silaha 330 milyon dollar xərclədiklərini bildirib.

Şahlar Ruhi/ AzNews.az