Prezidentdən yeni təyinat

Prezident Obama Canet Yelleni Mərkəzi Bankın funksiyalarını yerinə yetirən Federal Ehtiyat Sisteminin başçısı təyin edib.

Obama onu ölkənin aparıcı iqtisadçı və siyasətçilərindən biri adlandırıb.

Əgər onun təyinatı senat tərəfindən təsdiqlənsə, Yellen Bena Bernankeni əvəz edəcək. Yellen 2 il onun müavini vəzifəni aparıb. Bundan sonra isə o, tarixdə ilk dəfə Federal Ehtiyatlar Sisteminin qadın-rəhbəri olacaq.

67 yaşlı Canet Yellen Harvard Universitetində və London məktəbində iqtisadiyyatdan dərs deyib. O, həmçinin ABŞ-da bir sıra inzibati vəzifələri tutub.(anspress)

AzNews.az