Google və Yahoo izlənir

Amerikanın dünyanın 35 liderini dinləməsi ilə bağlı yaranan qalmaqal daha da böyüyür.

Bu dəfə Amerika Milli Təhlükəsizlik Agentliyinin internet axtarış serverləri Google və Yahoo-nun xidmətlərinə müdaxilə etdiyi bildirilib. "Vaşinqton Post" xəbər verir ki, hər il Google və Yahoo-nun məlumat bazasından Vaşinqtondakı bir məlumat bazasına milyonlarla məlumat ötürülüb.

Bu məlumatın köhnə CIA əməkdaşı, hazırda Rusiyada sığınacaq alan işçisi Edvard Snoudenin sızdırdığı, 9 yanvar 2013 -ci il tarixli bir sənəddə bu haqda qeyd olunduğu iddia edilir. Xəbərə görə əməliyyat İngiltərə kəşfiyyatı ilə ortaq icra edilir.

Agentlik direktoru xəbəri təkzib edərək "Google və Yahoo-nu izləmirik. Onsuz da məhkəmə qərarı ilə lazım olan məlumatları alırıq" deyə bildirib. AzNews.az xəbər verir ki,məsələ ilə bağlı Google -nin vəkili narahatlıqlarını dilə gətirib: "Uzun zamandır ki, belə bir ehtimaldan uzun zamandır narahatlıq keçiririk. Hökumətin sistemlərimizdən məlumat almaq üçün nə qədər irəli gedə biləcəyini görmək bizi əsəbləşdirir".

Elman
AzNews.az