Dəhşətli ailə faicəsi– Çin

Çində bir ana övladını və həyat yoldaşını yandırıb.

AzNews.az yerli mətbuata istinadən verdiyi məlumata görə, həyat yoldaşına əsəbləşən ana 4 yaşlı oğluna benzin içirdib, ərinin üstünə isə yandırıcı maddə atıb. Sonra isə həm uşağına, həm də həyat yoldaşına od vurub.

40 yaşlı qadın bunu həyat yoldaşı ilə mübahisə etdikdən, ona hörmətsizlik edildiyindən törətdiyini deyib.

Həkimlər ağır yanıq xəsarətilə xəstəxanaya yerləşdirilən ata və oğulunun həyatını xilas etməyə çalışırlar. Həkimlərin rəyinə görə, uşaq yaşasa belə danışa və görməsində ciddi problem olacaq.

Elcan Məmmədov
AzNews.az