Bir il ərinin cəsədi ilə yatdı - İNANILMAZ


Belçikada bir qadın qadın 1 il boyunca dünyasını dəyişmiş həyat yoldaşı ilə birlikdə yaşayıb.


AzNews.az-ın "Daily Telegraph"a istinadən verdiyi xəbərinə görə, Belçikanın paytaxtı Brüsseldə 2012-ci ilin noyabrında asma xəstəliyindən dünyasını dəyişən 79 yaşında Marsel adlı şəxsin 69 yaşlı arvadı həyat yoldaşının ölümünü hamıdan gizlədib.

Qadın əri olmuş mərhum Marsellə bir il belə yaşayıb. Meyitin çürüməsi və iylənməyə başlamasına baxmayaraq, qonşuların bundan xəbəri olmayıb.

Hadisədən ilk xəbər tutan polis əməkdaşları olub. Kirayədə qalan bu cütlüyün icarə haqqını verməməsi səbəbindən evin sahibi polisə müraciət edib və mənzilə baxış keçirən hüquq-mühafizə orqanlarının əməkdaşları burada çürümüş meyitlə qarşılaşıblar.

Elcan Məmmədov
AzNews.az