Türkmən bölgəsi vuruldu: 3 qadın öldü


Suriyanın Bayır Bucaq Türkmən bölgəsinə Əsəd gücləri hava hücumu təşkil edib.

AzNews.az xəbər verir ki, hücum Türkmən bölgəsində bir toyun edildiyi sırada baş verib.

İlkin məlumatlara görə hadisə nəticəsində 3 türkmən qadın həyatını itirib, xeyli sayda insan isə yaralanıb.

Elman
AzNews.az