- Köhnə - Dünya
- 27 Noyabr 2013 16:50
- 2 137
Üzünə ət yeyən virus düşdü... qorxunc görkəm aldı
AzNews.az bildirir ki, oğluyla birlikdə evin inşasına başlayan Karunavas, bir gün yanağında infeksiyanın meydana gəldiyini görüb.
Ertəsi gün üzü şişmiş və yüksək hərarətlə xəstəxanaya aparılan qadının bədənində ət yeyən virus aşkar edilib. Əməliyyata edilən qadının üzünün viruslu hissələri kəsilib. Bütün müalicələrə baxmayaraq vəziyyət dəyişməyib.
Gözünü və üzünün yarısını itirən qadın qorxunc görünüş alıb. Qadının köməyinə bir amerikan xəstəxanası gəlib.
Xəbərlərdən qadının vəziyyətini öyrənən xəstəxana rəsmiləri üz dərisi köçürmək üçün onu ABŞ-a aparacaqlarını bildirib . Qadın dünyanın üz dərisi köçürülən 6-cı adamı olacaq.
Elcan Məmmədov
AzNews.az