Suriyada telefon və internet kəsildi


Suriya telefon əlaqəsi və internetdən məhrum olub. Suriya televiziyasının məlumatına görə, əlaqə kabellərində baş verən texniki nasazlıq ölkəni bu vəziyyətlə üz-üzə qoyub.
AzNews.az xəbər verir ki, mütəxəssislər problemin aradan qaldırılmasına çalışsalar da, hələlik buna nail olmayıblar.

Bu arada Suriya ordusu dekabrın 9-da Nabak şəhərini azad edib. Döyüşlərdə 200-ə yaxın şəxsin öldürüldüyü bildirilir. Dəməşqin 68 kilometrliyində yerləşən şəhərə sakinlərin qayıtması üçün onlara müraciət edilib.

Elnur
AzNews.az